Komitə sədri gəncləri tənqid etdi: “Heç biri əziyyətə dözmür”

1192

“Bir çox ailələr oğlana qız axtaranda onun az savadlı olmasına, evdən çölə çıxmamasına çalışır. Amma bunlar problemlər yaradır. Unudurlar ki, ailədə əsas məsələ tərbiyədir”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlı “Gənclər və ailə: ənənə və müasir baxış” adlı konfransda çıxışı zamanı deyib.

Komitə sədri qeyd edib ki, hər bir ailənin məqsədi öz övladına yaxşı təhsil vermək olmalıdır: “Düzdür, bu gün bəziləri qızı alanda söz verirlər ki, oxuyacaq, işləyəcək, amma sözlərini yerinə yetirmirlər. Bu, insani keyfiyyətlər kimi səciyyələndirilmir, heyvanı münasibətlərdir. Qızlarını başdan etmək üçün ərə verənlər əsasən ögey ata olan ailələrdir”.

A.Naxçıvanlı qeyd edib ki, qeyri-rəsmi vətəndaş nikahları cəmiyyəti narahat edir. “Biz gənclərə deyirik ki, Avropadan yaxşı olan dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirir. İnanmıram ki, təhsilli ailədə olan gənc hər hansı təsirə düşsün və ailə probleminə barmaqarası baxsın. Amma bu gün bizim gənclərdə dözümlülük yoxdur, heç biri əziyyətə dözmür. Əvvəllər ailə qurulanda hər kəs onlara kömək edirdi. İndi gənclərə ev-eşik verilir, hər şey edilir. Tövsiyyəm odur ki, ailə qurmamışdan öncə təhsil haqqında düşünün. O zaman seçim də gözəl olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər