Komitə sədrindən 300 dollarlıq limitlə bağlı AÇIQLAMA

1638

Gömrük Komitəsi Nazirlər Kabinetinin sonuncu qərarı ilə təsdiqlənmiş qərara aydınlıq gətirib.

Açıqlamaya görə, mübahisələrə səbəb olan aylıq limit indiyədək elan edildiyi kimi birdəfəyə deyil bir neçə dəfə hissə-hissə istifadə oluna bilər.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinə də vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub. Komitənin sədri Tahir Mirkişili bildirib ki, daxil olan müraciətlər və Dövlət Gömrük Komitəsinin təqdim etdiyi arayışlar əsasında komitə üzvləri arasında müzakirə aparılıb.

Müzakirə zamanı aydın olmuşdur ki:
1) Poçt vasitəsilə aylıq rüsumsuz limitin 300 dollara endirilməsi zamanı digər ölkələrin təcrübəsindən istifadə edilmişdir. Belə ki, bu limit Gürcüstanda 125 dollar, Rusiyada 200 avro, Avropa Birliyi ölkələrində isə 150 avrodur.
2) Məlum olmuşdur ki, bu ilin 7 ayı ərinzdə online sifariş edən vətəndaşların 85%-nin sifariş etdiyi məhsulun dəyəri 300 dollardan aşağı olmuşdur
3) Vətəndaşlar aylıq 300 dollarlıq limiti bir neçə sifariş ilə də yerinə yetirə bilərlər. Yəni, məsələn, ay arzində 10 dəfə 30 dollarlıq məhsul sifariş edə bilərlər
4) Bu qərar ilə xüsusi APP üzərində vətəndaş online formada hər bir sifarişini gömrüyə bəyan etməli olacaq. Bu zaman ay ərizində 300 dolllara qədər sifarişlər çatanadək vətəndaşdan heç bir rüsum tutulmayacaq. Məqsəd informasiya toplamaqdır sadəcə.
5) Aylıq 300 dolları aşan sifarişlər limitdən artıq məbləği rəsmiləşdirməli olacaqlar. Rəsmiləşdirmə ya Online, ya da daşıyıcı şirkət tərəfindən həyata keçiriləcək.
6) Gömrük ödənişlərinin həcmi 18%-dən 36%-dək dəyişəcək

Komitə üzvləri bu mexanizmin gələcəkdə təkmilləşdirilməsi ilə bağlı fikirlərini də bildirmişlər. Xüsusilə də, bu qərarın 01 yanvar 2021-ci ildən qüvvəyə minməsinin daha məqbul olacağı bildirilmişdir.

Aparılmış təhlillər göstərmişdir ki, eyni məhsulların xarici online platormalarda satış qiymətinin ölkəmizdəki satış qiymətlərindən xeyli fərqlənməsi və bir çox məhsulların çeşidlərindəki kasadlıq vətəndaşlara online sifarişlərə üz tutmasına rəvac verməkdədir.

Sahibkarlara da tövsiyyəmiz qiymətlərin daha rəqabətqabiliyyətli olmalarına və vətəndaşların seçim imkanlarının bol olmasına çalışmalarıdır. İndi texnologiyalar dövrüdür, vətəndaşın zövqünü oxşayan və ədalətli qiymətlərlə ona məhsul təqdim edən sahibkar hər zaman udacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər