“Kompensasiya məsələsinə yalnız o vaxt baxılacaq ki, əsaslı obyekt sökülsün”

819

“Sumqayıtlılar bizə deyir ki, qısa vaxt ərzində Sumqayıtı Bakı standartlarına yaxınlaşdırın. Normal şəhərsalma siyasəti aparmaq üçünsə əvvəlcə şəhəri təmizləmək lazımdır”. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdəki bəzi obyektlərin sökülməsi ilə bağlı danışarkən məlumat verib.

E.Əzizovun sözlərinə görə, söhbət sənədi olmayan və müasir şəhərin tələblərinə cavab verməyən obyektlərin başqa yerlərə köçürülməsindən gedir: “Bu, kütləvi xarakter daşımır və gərginlik yalnız qəzet səhifələrindədir”.

İcra başçısı indiyədək sökülən obyektlərin sayını dəqiqləşdirməsə də, bildirib ki, əsaslı tikililərə toxunulmur: “O ki qaldı köşklərə, qanunvericiliyə əsasən o, müvəqqəti xarakterli obyektdir, vaxtı keçib və onu başqa yerə köçürürük. Burda başqa bir iş yoxdur”.

Sökülən obyekt sahiblərinə kompensasiyanın verilib-verilməməsinə gəlincə, E.Əzizov deyib ki, köşklərin sökülməsinə görə kompensasiya verilmir: “Kompensasiya məsələsinə yalnız o vaxt baxılacaq ki, əsaslı obyekt sökülsün, amma əsaslı, sənədi olan obyektlərə biz dəymirik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər