Könlümüzün paytaxtı – Sumqayıt!

2051

Doğma şəhərimiz Sumqayıtın 70 illiyi ərəfəsindəyik. Bu böyük bayramı qeyd etmək üçün Prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb. Artıq yubiley tədbirlərinə start verilib. Möhtəşəm quruculuq, abadlıq işləri görülür. Şəhər rəhbərliyi də, idarə və müəssisələr də, hər bir sakin də bayrama özəltöhfələr vermək əzmindədir.

Biz qələm sahibləri də yubileyə əli boş gəlmək istəmirik. Yazılarımızla, Sumqayıtın hazırkı intibah dövrünün nailiyyətlərini tərənnüm etməklə borcumuzu verməyə çalışırıq. Elə bir neçə gün əvvəldə nizkənarı park-bulvarda “Bu yazözün bir təbiət yarat!” devizi ilə jurnalistlər bağının ilk fidanlarını basdırdıq. Təşəbbüsə şəhər rəhbəri Zakir Fərəcov öz iştirakıyla qol-qanad verdi. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də gəlib aksiyamıza qoşuldu. Bakıdan olan jurnalistlər tədbirimizi urvatda tutdular.

“Yaşıl qələmlər” bağında hərəmiz bir ağac əkdik. Mənim payıma bir yapon əzgili tingini torpağa sancmaq düşdü. Ömrümdə ilk dəfə ağac əkməyimdən hədsiz qürur duydum. Biz bir saat ərzində 300-ədək əkin aparandan sonar şəhər rəhbərliyinin yüksək zövqlə, örnək mədəni səviyyədə təşkil etdiyi çay süfrəsi arxasında oturduq. Zakir müəllimlə səmimi söhbətlərimiz oldu. Qələm sahibləri ürək sözlərini söylədilər. Zakir müəllim şairlərdən Sumqayıt haqqında şeirlər oxumalarını istədi. Beləcə, işi-gücü söz becərmək olan yazarların misraları qanad acdı, qələm tutan əllərin torpağa qələmə basdırması, bədii obrazlar yaradan dillərin yaşıl duyğular saçması hərkəsə unudulmaz təsir bağışladı.

Mən də o günün solmayan, təzə-tərtəəssüratları ilə bu şeiri yazdım. Doğma şəhərimiz 70 illiyinə bağışlayıram.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 SUMQAYIT

Bu şəhərdə suda balıq kimiyəm,

Vüqarlıyam bu məkanla, bu adla.

Bağlarının aşıb-daşan gülləri

Ətir saçır min arzuyla, muradla.

 

Küçələri misra-misra düzülüb,

Göydələnlər nida işarəsidir.

Bu şəhəri vəsf eləyən küləklər

Mənim sevən ürəyimin səsidir.

 

Günəş yanır qızlarının üzündə,

Oğulları – yurdun arxa-dayağı!

Ürək-ürək, arzu-arzu yüksəlib,

Durur böyük bir abidə sayağı!

 

Xəzər boyda güzgü düşüb bəxtinə,

Sahilinin nur selində göz gülür.

Könlümüzün paytaxtıdır Sumqayıt –

Tablo kimi işıq-işıq, cizgili!

 

…Dar günümdə bərk yapışıb qolumdan,

Köçüb getmək gəlməyib də ağlıma.

Yetimliyin ağrısını çəkincə

Anam kimi basıb məni bağrına.

 

Boy atmağı, ucalmağı deyirsən,

Möcüzədir, əfsanədir, nağıldır.

Baxın, yenə Sumqayıtdan söz açdım,

Üzüm güldü, dərdim-qəmim dağıldı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər