O, çox gənc olmasına baxmayaraq, özünə Koreya kimi uzaq bir məmləkətdə çoxlarının arzu edəcəyi koryeranı qura bilib. Nihat Cənubi Koreyada dövlətində işləyən yeganə azərbaycanlı məmurdur. Bizimyol.info-nun məlumatıan görə Koreyada dövlət məmurluğunda 9 pillə var ən aşağı pillə 9-cu pillədir, ən birinci pillə prezidentə məxsusudur. Bu gəncə birdən birə 5-ci pillədə yüksək vəzifə təklif edilib.Gəlin qalanını Nihat Xəlilzadənin öz dilindən eşidək.
“Koreyaya gedəcəm” deyəndə ciddiyə almadılar. Amma söylədiyimdən 3 gün sonra vidalaşıb getdim. İlk gün tamamilə ac qaldım və hətta Avropa ölkələrini qoyub bu ölkəni seçdiyim üçün peşmanlıq çəkdim. Koreyanı seçməkdə məqsədim dillərimizin bir qədər yaxın olması idi. Belə ki, Altay dil qrupuna daxil olduğu üçün Koreya dilində cümlə quruluşu, qrammatika bizimkinə çox yaxındır.Koreyada ilk bir ili dil öyrəndim, sonra dörd il kompyuter mühəndisliyi ixtisası üzrə təhsil aldım. Həmin müddətdə işləməyə qərar verdim. İlk işim dondurma satmaq oldu. Maraş dondurması satırdım və 3 saata 18 dollar qazanırdım. Bu ölkədə yaşayırdımsa onun mətbəxini, mədəniyyətini öyrənməli, qəbul etməliydim. Müxtəlif işlərdə çalışdım və sonra düşündüm ki Azərbaycan mətbəxini təqdim edən restoran açım.Açdım da.
3 universitetin yaxınlığında “ Bakı” restoranı açdım. Kabablarımızı həvəslə yeyirdilər. Ruslar , azərbaycanlılar , koreyalılar məmnuniyyətlə gəlirdilər.Ruslar belə desək bizim mətbəximiz üçün ölürlər. Sonra Treyding şirkəti açdım. Təhsilimi bitirəndə işləməyə yerim və biznesim var idi. Mən Koreyada Azərbaycanı tanıtmaq üçün klub şəklində restoran qurmaq istəyirdim, buna görə ortaqlığı pozub restorandan ayrıldım. Sonra dostum mənə Koreyada dövlət qulluğunda iş olduğunu və mənim burda faydalı ola biləcəyimi dedi. Mən öncə getmədim. Sonra özləri mənə zəng etdilər və birdən birə bu vəzifəni verdilər. Seul İcra Hakimiyyətində xaricilərin kosulluğunda vitse-prezident və Qanqam bələdiyyəsində Qlobal Mərkəzin direktoruyam. Koreyada bir əcnəbinin tuta biləcəyi ən yüksək vəzifədir. Əgər daha da yüksəlmək istəsəm gərək Koreya vətəndaşlığını alam. Burda hər şey yaxşıdır, sadəcə vətənim üçün darıxıram. Təsəvvür edirsiniz birinin mənə “qaqaş” deməsini heç xoşlamıram, amma indi o qaqaş sözü üçün belə darıxıram”.
İlhamə