“Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan polisi əsl vətəndaşlıq mövqeyini ortaya qoydu”

1516

“Prezident İlham Əliyevin ölkəmizin sabitlik adasına çevrilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdə xüsusi fəaliyyət göstərən polis orqanları öz xidməti borcunu hər zaman ləyaqətlə yerinə yetirərək, əhalinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayırlar. Bu gün polis əməkdaşlarını gözdən salmağa cəhd edənlər olur. Halbuki polislərimiz  təhlükəsizliyimizi  layiqincə yerinə yetirirlər”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

Deputat qeyd edib ki, polislərimiz  çox böyük fədakarlıq göstərərək hətta həyatlarını belə riskə  atırlar:

“Biz dəfələrlə bu cür halların şahidi olmuşuq. Məsələn, hər hansı bir binada, ticarət mərkəzində yanğın baş verən zaman, avtomobil qəzası və ya digər hadisələrdə Azərbaycan polisinin nə qədər böyük vətənpərvərlik nümayiş etdirdiyin şahidi olmuşuq. Koronavirus pandemiyası ilə mübarizədə də Azərbaycan polisi əsl vətəndaşlıq mövqeyini ortaya qoydu.  Soyuqda, isti günlərdə insanlarımızın keşiyində dayanırlar. Hesab edirəm ki,  bütövlükdə, polisi gözdən salmaq üçün aparılan qara piar kampaniyasının aparılması doğru deyil:

İmamverdi İsmayılovun sözlərinə görə,  tarix boyu Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında fədakarlıq nümayiş etdirib:

“Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən daxili işlər orqanlarında ixtisaslı kadrların sayının artırılması sahəsində böyük addım atılıb.  Peşəkar kadrlar hər zaman dövləti və milləti üçün çalışır. Məhz bunun nəticəsidir ki, bu gün hər bir vətəndaşımız sabit bir ölkədə rahat şəkildə yaşayır. ”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər