Koronavirus və stres: ruh sağlamlığımızı necə qoruyaq?

1156

“Covid-19 infeksiyası ilə əlaqəli qorxu və xroniki stres insanın ruhi sağlamlığı üçün yorucu ola bilər. Xüsusi ilə nevrozun müxtəlif növləri olan insanlar bu periodda daha diqqətli olmalıdır”.

Bunu e-tibb.az-a yazdığı məqalədə psixiatr,uzman həkim Azər Bağırov bildirib.
Mütəxəssis bildirib ki, qeyri-müəyyənlik insanlarda narahatçılıq hissi yaradan və ya bu hissi həddindən çox artıran ən önəmli faktordur: “İnsan olaraq bizlər, hər şey təxmin edilə bilən, dəqiq və müəyyən olduğunda özümüzü daha rahat hiss edərik. Ola biləcək təhlükələri bilmək və onları kontrol etmək istəyərik, ancaq yaşadığımız dünyada bu hər zaman mümkün olmur. Xüsusilə həyatımızda ilk dəfə qarşılaşdığımız, 100 ildə bir görülən pandemiya halı təbii olaraq böyük stres yaradır”.

Onun sözlərinə görə, stres bədənimizin ruhi və fiziki bütünlüyünün pozulmasına qarşı verdiyi adaptasiya reaksiyasıdır:

Təhlükə, qorxu qarşısında bədənimiz 3F reaksiyası verir: savaşmaq (fight), qaçmaq (flight), donub qalmaq (freeze).
Təhlükə ilə qarşı-qarşıya qaldığımız vaxt, böyrəküstü vəzidən çox miqdarda adrenalin ifraz olunur. Damarlarımız adrenalinlə dolur və qan vasitəsi ilə bütün bədənimizə yayılır. Bədənimizdə dolaşan adrenalin hormonunun təsiri ilə ürək döyüntüsü artar, tərləmə artışı, titrəmə, istilik basması, ağız quruması, tez-tez nəfəs almağımıza, həyəcan və qorxu hiss etməyimizə səbəb olar.
Aylardır davam edən Covid-19 infeksiyası ilə əlaqəli qorxu və xroniki stres insanın ruh sağlığı üçün yorucu ola bilər. Xüsusi ilə nevrozun müxtəlif növləri olan insanlar bu periodda daha diqqətli olmalıdır. Obsessiv kompulsiv xəstəlik (sayrışan hallar nevrozu), ipoxondrix pozuntu, panik atak xəstəliyi olan insanlarda əlamətlərdə artış görülə bilər.
Məsələn, Türkiyə Psixiatriya Dərnəyinə görə, aşağıdakı qruplar stresə qarşı daha güclü reaksiya verə bilərlər:
-Əvvəlcədən nevrotik problemləri və psixiatrik və psixolojik narahatçılıqları olanlar və mualicə alanlar
-Uşaqlar və yeniyetmələr
-Həkimlər və digər tibbi xidmət verən işçilər (xüsusilə virusa yoluxmuş insanlarla qarşılaşma riski ən yüksək olan tibb işçiləri)
Stress reaksiyaları bunlar ola bilər:
-Öz sağlamıq vəziyyəti və ya yaxınlarına virus keçirməklə əlaqəli qorxu və təlaş
-Yuxu və yemək rejiminin pozulması
-Diqqəti toplamaqda çətinlik
-Xroniki xəstəliklərin şiddətlənməsi (allergiya, ürək-damar xəstəlikləri, şəkər, təzyiq və s. kimi sistem xəstəlikləri)
-Alkaqol, tütün və digər vasitələrdən istifadənin artması

Bəs stresə qarşı dözümlülüyü necə artırmaq olar?

-COVID-19-la əlaqəli məlumatlara həddindən çox məruz qalmanın qarşısını almalıyıq. Özümüzə yaxşı qulluq etməliyik, sağlam qidalanmağa çalışmalı, mütəmadi hərəkətli olmaq və idman etməli, normal yatmalı, dincəlməli, spirtli içki, tütün və narkotik vasitələrdən uzaq olmalıyıq.
-Rahatlamaq üçün özünüzə vaxt ayırın, bu narahatçılığın və güclü qorxunun keçəcəyini özünüzə xatırladın.

-Bu halda mütəmadi xəbər və sosial media izləmək məyusluq, qəmginlik yarada bilər. Normal həyata qayıtmaq üçün sevdiyiniz şeylərə qayıtmağa, hobbilərinizlə məşğul olmağa çalışın.
-Ümid hissini qoruyun və müsbət düşünməyə davam edin.
-Hisslərinizi ailə üzvləriniz və yaxınlarınızla bölüşün.
-Çox çətinlik yaşadığınız, çıxılmaz durumda olduğunuz hallarda ruhi xəstəliklər mütəxəssisinə müraciət edin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər