Koronavirusa yoluxanlar artır – Neçəsinin vəziyyəti ağırdır?

764

Son günlər Avropa ölkələrində, eləcə də Azərbaycanda koronavirusa yoluxma sayında artım müşahidə edilir. Bəzi həkimlər payızda pandemiyanın aktiv fazasının geri qayıdacağını açıqlasalar da, digər qisim bununla razılaşmır və insanları panikaya salmamağa çağırış edirlər.

Bəs, yoluxma sayındakı artım xəstəxanada müalicə alanların sayına necə təsir edib?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir.

 

 

TƏBİB rəsmisinin sözlərinə görə, ümumilikdə 13 COVID xəstəsi müalicə alır:

“Ümumilikdə, artım ikirəqəmlidir. Yoluxanlarla, sağalanların sayı demək olar ki, eynidir. Hazırda TƏBİB-in tabeliyindəki Məhəmmədli modul tipli xəstəxanasında vəziyyətləri nisbətən ağır olan 13 nəfər stasionar müalicə alır. Onlardan 2 nəfər reanimasiyadadır”.

Z.Ədilovanın sözlərinə görə, yüngül simptomlu koronaviruslu xəstələr isə ambulator müalicə alırlar.

Qeyd edək ki, son açıqlanan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 793 388 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 453 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 218 nəfərdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər