Türkiyənin İstanbul şəhərində Ailə Sağlamlıq Mərkəzinin həkimi koronavirusdan həyatını itirib.
“HaberGlobal” məlumat verir ki, Yavuz Kalaycı ölməzdən əvvəl ictimai mesaj yollayıb.
O, “Qızlarım hələ balacadır, onlara baxa biləcəksiniz? Siz hələ də evdə darıxırsınız?” yazıb.
Y.Kalaycının kronavirusa yoluxan anasının, atasının və bacısının da öldüyü bildirilir.
Virus 56 yaşlı həkimin beyninə yol açıb və onu 10 gün koma vəziyyətində saxlayıblar. Bu vaxt ərzində Yavuz Kalaycının valideynləri də ölüb.