ABŞ xərçəng institutunun alimləri və bir neçə elmi araşdırma mərkəzlərinin birgə apardıqları son elmi tədqiqatın nəticələrinə görə, koronavirusa bir dəfə yoluxmuş insanın təkrar yoluxma riski azdır.
Medicina.az xəbər verir ki, JAMA tədqiqat dərgisində 3 milyon amerikalının test nəticələrini özündə birləşdirən elmi məqalə dərc edilib.
2020-ci ilin avqust ayına kimi aparılan testlərdə 12% nəticə pozitiv olub. O deməkdir ki, bu insanlar virusa yoluxub.
Bir neçə müddət sonra testi müsbət çıxanların 11% i yenidən PSR testi verir. Eləcə də heç xəstələnməyənlərin 9,5%-i yenidən testlərə cəlb edilib.
2-3-6 ay intervalında aparılan testlər göstərdi ki, əvvəllər xəstələnmiş şəxslərin 0,5%-də təkrar yoluxma olub. Əsas böyük faiz heç xəstələnməyənlərin payına düşüb.
Bu onu göstərir ki, qanda dövr edən antitellər insanları təkrar infeksiyadan qoruyur və bu ən azı 4-6 ay davam edir.
Lakin zamanla bu mudafiə itə bilər. Ona görə bir dəfə yoluxanın ikinci dəfə təkrar yoluxması mümkün olsa da bu xeyli vaxtdan sonra ola bilər.