Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Sumqayıt şəhərindən dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.
sumqayitxeber.com Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
İnşallah Əsədovdan, Sumqayıt, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Bu günlərdə Sərəncamınıza əsasən yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı bir qrup məhkumun əfv edilməsi bir daha Sizin böyüklüyünüzü, çətin günlərdə hər kəsi düşündüyünüzü göstərdi.
Böyük humanistlik nümayiş etdirdiyinizə, bununla da on minlərlə vətəndaşı sevindirdiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, bu xeyirxah addımınız ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir.
Biz müəllimlər əlində qələm tutan əsgərlər olaraq daim Sizin yanınızdayıq. Allah Sizi qorusun.
Hörmətlə, Əsədov İnşallah Bəhman oğlu
***
Azər Rəşidovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu doğma Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı uçurumdan necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı eləcə böyük bəlalardan qoruyursunuz. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır.
Əziz Prezidentimiz, qədirbilən Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və Sizə hər zaman güvənir. Hər bir gözəl əməlinizə, işinizə görə çox sağ olun!
Hörmətlə, Rəşidov Azər.
***
Əli Teymurovdan, Sumqayıt, Azərbaycan
“Hörmətli cənab Prezident.
Ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən orada oxuyan tələbələrimizə, o cümlədən İstanbul Texniki Universitetində təhsil alan oğluma göstərilən diqqət və qayğıya görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Cənab Prezident, koronavirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi də daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz.
Əziz Prezidentimiz, bir daha Sizə minnətdarlığımızı bildirir, cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə, Teymurov Əli Məhəmməd oğlu.”
***
Nizam İsayevdən, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bütün dünya üçün qlobal problemə çevrilən koronovirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən sistemli tədbirlər xüsusilə təqdirəlayiqdir. Pandemiyanın ölkəmizdə işgüzar fəallığa vurduğu zərərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması, iqtisadiyyatın sabitliyinin təmin edilməsi üçün imzaladığınız Sərəncam, bu məqsədlə böyük məbləğdə vəsaitin ayrılması insanlara verdiyiniz dəyərin göstəricisidir. Tövsiyələriniz və xalqımızı həmrəyliyə dəvət etməyiniz bu çətin günlərdə çox mühüm təşəbbüs və addımlardır.
Cənab Prezident, biz xalq olaraq çox çətinliklərin öhdəsindən gəlmişik. İnanırıq ki, həmrəylimiz, birgə fədakarlığımız sayəsində bu virusa qalib gələcəyik.
Möhtərəm cənab Prezident. Allah Sizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi və ailənizi qorusun.
Hörmətlə, İsayev Nizam.