Çində ortaya çıxan koronavirus bütün dünyada sürətlə yayılmağa davam edir.
Bəs koronavirusun qısa müddət ərzində həm Çinin daxilində, həm də xaricində yayılmasına səbəb olan nədir?
Dünya mətbuatı çinli doktor Aİ Fenin iddiaları ilə gündəmi çalxalayıb.
Aİ Fenin iddialarına görə, baş həkim və səlahiyyətli şəxslər epdemiya haqqında xalqı xəbərdar etdiyinə görə onu hədələyiblər.
Aİ Fen adlı həkim koronavirusun ortaya çıxdığı Vuhan şəhərində işləyir. Həkim Fen bir çox dostunu bu virusa görə itirdikdən sonra mətbuata açıqlama vermək qərarına gəlib.
Ai Fen müsahibəsində virusu ilk dəfə görəndə bir jurnala müsahibə verərək həmkarlarına və ictimaiyyətə xəbərdarlıq etdiyini, lakin buna görə qınandığını və hədələndiyini bildirib.
Ai Fen 30 dekabrda adi müalicə rejimlərinə cavab verməyən qripə bənzər simptomları olan bir neçə xəstəni müayinə edib.
Bir xəstənin test nəticələrində “Sars coronavirus” sözünə rast gəldiyini deyən Ai həmin an keçirdiyi həyəcan haqqında da danışıb.
Aİ Fen bu virusun, deyildiyi kimi, bazardan yayılmadığını da qeyd edib.
Xəstəxana rəhbərliyinin xəbərdarlığına görə virus haqqında məlumatları yaymağı dayandıran Ai Fen peşiman olduğunu deyib. Ai Fen “Bu qədər böyük bir virus olacağını bilsəydim rəhbərliyin xəbərdarlığını umursamazdım” deyərək hər kəsdən üzr istəyib.
İki gündür Çin mətbuatında Ai Fenin verdiyi reportaj yayımlanır. Lakin daha sonra silinir. Bunun səbəbi isə reportajı yayan saytlara təyziq olunması kimi dəyərləndirilir.
Lakin bu təyziqlr heç bir nəticə vermir. Artıq Ai Fenin iddiaları durmadan bütün dünya mətbuatında dərc olunur.
Turan Oruc
Musavat.com