Koronavirusun hansı hərarətdə fəal olduğu açıqlandı

1325

Honkonq Universitetinin tədqiqatçlıları koronavirusun hansı hərarətdə daha fəal olduğunu açıqlayıblar.

“Report” “MedRxiv”ə istinadən xəbər verir ki, alimlərin gəldiyi qənaətə görə 4 dərəcə radələrindəki hərarətdə koronavirus sabit vəziyyətdə qalaraq dezinfeksiya aparılmadığı halda 14 gündən sonra fəallığı azalmağa başlayır. Halbuki 70 dərəcədən artıq hərarətdə 5 dəqiqə ərzində fəalsızlaşır.

Bundan əlavə, müxtəlif maddələrdə koronavirusun qalma müddətini araşdıran alimlərin rəyinə görə, kağız üzərində üç saatdan sonra aşkarlanan koronavirus paltar və emal olunmuş taxta üzərində iki günədək, şüşə üzərində 4 günədək, plastik üzərində də 7 günədək qalır.

Həmçinin tibbi maskaların üz tərəfində də koronavirusun 7 günədək qalmaq iqtidarında olduğu, ona görə də maskaların ciddi dezinfeksiyasının vacib olduğu vurğulanır.

Xatırladaq ki, ilk dəfə ötən il dekabrın 31-də Çinin Vuhan şəhərində aşkarlanan COVID-19 virusu ötən müddət ərzində demək olar, bütün dünyaya yayılıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun pandemiya olduğunu rəsmən elan edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər