Koronavirusun ömrünə çox az qalıb – Azərbaycanlı loğman virusla asan mübarizə yolu GÖSTƏRDİ

417

Bütün virusları törədən və yayan mikroblardır. Onlar adi gözlə sezilməyən mikroskopik canlılardır. Sevimli qidaları – insan bədənində yığılıb qalan şlakdır. Gözünüzün qabağına çoxdan təmizlənməyən zibilxananı gətirin. Bütün zibilpərəst canlılar – milçək, ağcaqanad, siçan, siçovul, pişik, it doluşur ora. Çünki onların yaşaması üçün mühit yaranıb. Əgər zibilxananı təmizləsək – zibilsevərlər dağılıb gedər.

İnsan orqanizmi də eynən belədir. Sahibi onu zibilxanaya döndərəndə – mikroblar və bakteriyalar yaxşı qidalanır, sürətlə artıb-törəyir və güclənir. Ət və piy basmış, qarın bağlamış adamların tez-tez xəstələnməsi, hətta, yay günü də qrip olmas mikroblar üçün münbit şəraitin olması ilə bağlıdır.

Düzgün qidalanan, hüceyrələri vitaminlərlə və digər faydalı elementlərlə müntəzəm təmin edən, həmişə fiziki iş görən insan üçün heç bir mikrob və virus qorxulu deyil.

Virusun ən güclü düşməni – Günəş işığıdır. Fikir versəniz, görərsiniz ki, ağır xəstələr, əsasən, Günəş işığı az olan aylarda dünyasını dəyişir.

Günəşli günlərin sayı artıqca və gündüzün ömrü uzandıqca – “koronavirus” da geri çəkilir. Onun ömrünə çox az qalıb.

Sizə məsləhətim belə olacaq: çoxlu çiy su və yaxud meyvə və tərəvəz şirəsi, ot və ya meyvə dəmləmələri için, çoxlu meyvə və tərəvəz yeyin, çox hərəkət edin, mümkün qədər çox Günəş işığı qəbul edin. Evinizdəki pərdələri yana çəkin, qoy otaqlara daim işıq dolsun və mikrobları qırsın. Yoğun bağırsağı təmiz saxlayın. Hər dəfə xörəyə və salata bir çimdik maqnezim sulfat duzu səpin.
Allah xalqımıza dərin zəka və möhkəm iradə bəxş eləsin!

Ərşad Əzimzadə,
“Ana Təbiət” Natural-Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər