Koronavirusun pambıq parça və əlcəklərin üzərində qalma müddəti məlum oldu

1130

Mutasiyadan sonra hüceyrələrə daxil olma gücü təxminən 10 dəfə artan koronavirus pambıq parça və əlcəklərin üzərində cəmi bir saat yaşaya bilir.

Haberler.com bu barədə ABŞ-da yerləşən “Scripps” araşdırma mərkəzinə istinadla məlumat verir.

Tədqiqatın nəticələrinə görə, koronavirusun yayılmasından sonra tez-tez istifadə olunan plastik əlcəklər və maskalar virusun səthlərdə qalma qabiliyyətinə əslində təsir eləmir.

Qeyd olunur ki, 100% pampıqdan hazırlanmış əlcək və maskaların üzərində virusun yaşama müddəti bir saatdan artıq deyil və bu qoruyucu vasitələr plastik analoqlarından dəfələrlə effektlidir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər