ndiyədək təxminən 77 min insanın yoluxduğu koronavirus 2600-dən çox şəxsin isə ölümünə səbəb olub. Əsasən virus hava damcı, fekal oral, kontakt yolu ilə heyvanlardan əsasən də dəniz heyvanlarından yayılma ehtimalı daşıyır. Baş vermə səbəbinin hələ də dəqiqləşmədiyi koronavirusun əsas hədəfi əsasən yaşlı insanlardır.
Metbuat.az xeber verir ki, bir müddət öncə sosial şəbəkələrdə koronavirusla bağlı yayılan səs yazılarında uşaqların bu xəstəliyə tutulma riskinin olduğu deyilirdi. Son vaxtlar respublikanın bir neçə regionunda azyaşlılar arasında yayılan “qulaq dibi” xəstəliyi, suçiçəyi, qızılca kimi xəstəliklər əhali arasında, xüsusən də valideynlər arasında qorxuya, həyəcana səbəb olub. Həmin xəstəliklərin əlamətlərinin Koronavirusla əlaqəli olması narahatlığı hər kəsdə narahatlıq yaradıb.
Uşaqlarda yoluxma ehtimalı azdır
Pediatr Elza Məhərrəmova son dövürlər bütün dünya gündəmində yerini tutan Koronavirusla bağlı heç bir panikaya ehtiyac olmadığını deyib.
”Hal-hazırda Azərbaycanda koronavirusla bağlı təhlükə yoxdur. Adi insanlar bilməsə də, biz tibb işçiləri daima bu barədə əlaqədar qurumlar tərəfindən məlumatlandırılırıq. Narahat olmağa ehtiyac yoxdur. Bu xəstəlik uşaqlar üçün təhlükəli deyil. Daha çox yaşlı, müxtəlif xəstəlikləri – pnevmaniyası, kistoz, fibroz, şəkərli diabeti olan insanlar üçün qorxuludur. Yaşı 60 dan yuxarı kişilər Covid-19 virusunu daha ağır keçirdir”
Koronavirusun ilk əlamətləri
Elza Məhərrəmova deyir ki infeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzəyir. Ancaq sonrakı mərhələdə bu, hərarətin artması və öskürəyə gətirib çıxarır.
”İlk mərhələdə xəstəliyin digər əlamətləri də özünü göstərə bilər. Misal üçün, xəstələrdən birinin yüksək hərarəti olmadan ishal olması faktı da mövcuddur.Yeni növ koronavirusun ilk simptomları həzm sistemində yaranan problemlərlə də özünü göstərə bilər. Bundan başqa, baş ağrısı, ürək bulanması və ümumi halsızlıq xəstəliyin əlamətləri sırasındadır”.
Virusdan necə qorunmalı?
Pediatrın sözlərinə görə bu virus xəstəlikləri hava damcı yolu ilə yayıldığı üçün qorunmaq çətindir.Amma xəstəliyi yüngül keçirdib qorunmaq insanlardan asılıdır:
“Qrip kimi xəstəliklərdən müdafiə zamanı nə ediriksə koronavirusla mübarizədə də prinsip eynidir.Əsasən xəstə insanlarla təmasdan çəkinmək lazımdır.İnsanların sıx olduğu böyük ticarət mərkəzlərinə,metro,ictimai nəqliyyatdan istifadə zamanı xüsusi qoruyucu maskalardan istifadə etməyə can atmalıyıq.Şəxsi gigiyena qaydalarına riayət edilməlidir.Təmizlik zamanı ,ümumi sabunla deyil hər kəsin fərdi qaydada əl yumaq üçün vasitəsi olmalıdır.Yaşayış yerlərində otaqların havası tez -tez dəyişdirilməlidir. Təmizlik zamanı tərkibində antiseptik maddə olan yuyucu tozlardan ,mayedən istifadə edilməlidir.Qidalanma zamanı yeyilən qidalar termik işlənməlidir.Xüsusən də heyvan mənşəli qidaların bişirilməsində diqqətli olmaq lazımdır”.
Xəstəliyin uşaqlar üzərində təsirinin zəif olduğunu avropada aparılan elmi təcrübələrdə sübut edib.
Təcrübələr arasında hətta valideynləri koronavirusa yoluxan uşaqların xəstəliy ilə bağlı aparılan testlərdə nəticələrin neqativ olduğu aşkarlanıb.Hal hazırda aparılan araşdırmalarda alimlər hələ də bunun səbəbini axtarırlar. Koronavirusa az sayda uşağın xəstələnməsinin iki səbəbi var: Ya uşaqların orqanizması virusa böyüklərdən fərqli reaksiya verir ya da virus ümumiyyətlə uşaqları hədəf seçməyib.Amma bu da faktdır ki,5 yaşınadək uşaqlarda pnevmoniya və tənəffüs və böyrək çatışmazlığı kimi qrip virusundan ciddi fəsadların yaranma riski var. Uşaqlar infeksiya ilə mübarizə apararkən bədənlərində yüksək qızdırmadan orqanların ziyan görməsi daha çox mümkündür.Elə bu səbəbdən də uşaqların koronavirusa tutulma riskinin az olması sevindirici hal sayıla bilər.