Ramil ZEYNALLInın təqdimatında
Analar çox vaxt körpələrinin daha çox ağlamasından şikayət edirlər. Əgər körpənizin ağlamasının səbəbini bilmirsinizsə, əvvəlcə körpəni nə vaxt qidalandırdığınızı düşünün. 3 saat əvvəl doyurmusunuzsa, yemək yedirməyə çalışın. Əgər ağlamağının səbəbi aclıq deyilsə, onda bezini yoxlayın, bez də təmizdirsə, onda körpənin yerini dəyişin, daha doğrusu, onu başqa otağa keçirin. Analar çox vaxt körpələrinin daha çox ağlamasından şikayət edirlər. Əgər körpənizin ağlamasının səbəbini bilmirsinizsə, əvvəlcə körpəni nə vaxt qidalandırdığınızı düşünün. 3 saat əvvəl doyurmusunuzsa, yemək yedirməyə çalışın. Əgər ağlamağının səbəbi aclıq deyilsə, onda bezini yoxlayın, bez də təmizdirsə, onda körpənin yerini dəyişin, daha doğrusu, onu başqa otağa keçirin.
Bu şəkildə onun ağlamasının səbəblərini müəyyən edə bilərsiniz.
Körpəni sakitləşdirmək üçün nə etməlisiniz?
* Körpə ağlayırsa, ona əmzik, ya da diş qaşıyıcısı verin.
* Onu hərəkət etdirin, masaj edin, qarnını ovxalayın.
* Körpəni qarnıüstə yatıraraq kürəyini sığallayın, əgər qaz sancısı varsa, bu masaj ona rahatlıq gətirəcək.
* Körpənizə yaxın olun. Körpələr bəzi məqamlarda bu yaxınlığa ehtiyac duyur.
* Ağlayarkən onu qucağınıza alaraq qaranlıq bir otağa keçin və layla çalaraq sakitləşdirin.
* Əgər bütün bu deyilənlər işinizə kömək etmirsə, onda körpəniz səs-küydən, qələbəlikdən və ya işıqdan narahat ola bilər.
Qızmar yay körpələrə daha çox təsir edir
Son günlər havaların daha çox istiləşməsi körpələr arasında ishal və qızdırma hallarının artmasına səbəb olub. İsti və yüksək rütubət şəraitində 0-2 yaş arasındakı körpələrdə bəzi problemlər ortaya çıxır. Bəs bu amillər körpədə özünü necə göstərir? Burada ilk əlamət susuzluqdur. Bir çox valideynlər bunu isti ilə əlaqələndirirlər. Ancaq bu etinasızlıq sonradan uşaqda ciddi problemlərə səbəb olur. Nəticədə, fiziki və zehni problemlər meydana çıxır. İstinin səbəb olduğu ishal da maye itkisinə səbəb olur. Tərləmə və ishalla itirilən su körpənin orqanizmində sağalmaz izlər buraxır. Körpənin həddən artıq tərləməsinin qarşısını almaq üçün otağı orta temperaturda saxlamaq və mütəmadi olaraq havalandırmaq lazımdır. Körpələrə sərbəst və rahat paltarlar geyindirilməli, onların mayeyə olan ehtiyacı vaxtında ödənilməlidir. Körpələr çəkilərinə görə maye qəbul etməlidirlər. Məsələn, 10 kiloqram çəkisi olan bir körpənin normal şəraitdə gündə 1,5 litr mayeyə ehtiyacı var. Altıaylıqdan sonra körpələrə verilən 1,5 litrlik mayenin yarısı təzə sıxılmış meyvə suyu ilə əvəz olunmalıdır. 0-2 yaşda olan körpələr qış aylarında həftədə 1 və ya 2 dəfə vanna qəbul etsələr kifayətdir. Yay aylarında isə onlar hər gün vanna qəbul etməlidirlər. Körpələr üçün hazırlanan qidalar təzə-təzə istifadə edilməlidir. Əmzik şüşəsində saxlanan yemək zəhərlənməyə yol aça bilər. Ümumiyyətlə, körpəyə qidaları və meyvə sularını saxlamadan vermək məsləhətdir.
Gülüşün və Sən
Hər bir insanın özünə məxsus xarakteri,davranış hissləri var.Insanın içdiyi içki ilə,qan qrupu ilə,geyimi ilə,hətta gülüşü ilə onun kimliyini,necə adam olduğunu demək olar. Gülərkən qaşlarınızı çatırsınızsa…Demək siz çox təmkinlisiniz.Yalnız özünüzdən çox razısınız.Amma çalışın özünüzə qıraqdan baxasınız.
Gülərkən əlinizi ağzınıza tutursunuzsa…Özünüzə lazımınca gqvənmrisiniz.Tez sıxılırsınız.Ətraf mühitin diqqətindən kənarda qalmağı xoşlayırsınız.Bu xasiyyəti tərgidin.Əks təqdirdə sonacan tək qalacaqsınız. Gülərkən başınızı yelləyirsinizsə…Siz çox sadəlövsünüz.Ətrafdakılar sizi heç başa düşmürlər.Amma ürəyiniz çox təmizdir.Sizə bel bağlamaq olsa da,qərar verəndə ağlınızın hökmünə deyil,ürəyinizin səsinə qulaq asırsınız.Bu ise adətən məğlubiyyətlə nəticələnir.
Gülərkən burnunuzu qaşıyırsınızsa…Deməli,siz çox dəyişkən insansınız.Hər dəqiqə öz fikrinizi dəyişdirə bilərsiniz.Siz bu xasiyyətdə küləkdən geri qalmlrsınız.Özünüzdən yaman razısınız.Sanki alçaq dağları siz yaratmısınız.
Haylı-küylü gülüş sahibləri…Bu şəxslər həddindən artıq temperamentli olurlar.Bəzən səbirli,bəzən tez özlərindən çıxırlar.Dostluqda alicənab olan bu şəxslərə düşünmədən etibar etmək olar.Onlar sevdiklərini yarı yolda buraxmazlar.Bu kəslər həmçinin tələbkardırlar.Yalanı sevmirlər. Özünəməxsus gülüş tərzi…Bu şəxslər həm mülayim,həm də qeddar olurlar.Fərqli xüsusiyyətləri,fərqli dünya görüşləri var.Keçmiş üçün yox,gələcək üçün yaşayırlar.Onları yıxmaq hər adama nəsib olmur.
Siz hansı tərzdə gülürsünüz? Xasiyyətiniz deyilənlərlə üst-üstə düşür?
Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar?
Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar? İlk sözü nə vaxt deməlidirlər? İkisözlü, üçsözlü cümlələrə keçid hansı yaş dövrlərinə təsadüf edir?
Bu suallar demək olar ki, bütün anaları düşündürür. Xüsusilə də, yeni ana olmuş qadınlar təcrübəsiz olduqları üçün uşaqlarını başqaları ilə müqayisə edərək yersiz həyəcanlara yol verirlər. Elə isə bu həyəcanları aradan qaldırmaq üçün uşaqlarda dilin Əsas inkişaf mərhələlərini nəzərdən keçirək…
Uşaqlar evin aynasıdır
Uşaqlar evin aynasıdır və evdəki əxlaqi abhavanı əks etdirirlər. Uşaqları kiçik görüb onları uşaq hesab etmək, O hələ belə şeyləri başa düşməz məntiqi ilə hərəkət etmək uşağın zəkası, şəxsiyyəti və özünə inam hissinin inkişafı üçün ən böyük xətadır. Uşaqlar evin aynasıdır və evdəki əxlaqı abhavanı əks etdirirlər. Məsələyə bunu bilərək baxsaq, məşhur bir deyim olan ən xeyirli övlad böyütmək deyə tərif edə biləcəyimiz tərbiyə prossesinin ən mühüm ünsürü anadır. Kifayət qədər yaxşı yetişmiş anaların müsbət əlaqə qurduqları uşaqlar da gələcəyimizin təminatçılarıdırlar.
Buradan bunu başa düşürük ki, uşağın ilk tərbiyəçisi və ya müəllimi olması baxımından ana öz dilini, tarixini, mədəniyyətini, mənəvi irsini yaxşı biləcəkdir ki, uşağın ruhuna xitab edə bilsin. Ana uşaq əlaqəsində ikinci xüsusiyyət uşaqla danışmaq şəklidir, yəni uşağa necə müraciət etmək, onunla həmsöhbət olmağı bacarmaqdır. Valideynlər, xüsusilə də analar uşaqları ilə bir kəlmədən ibarət olan və əmr cümlələri ilə danışmamağa çox diqqət yetirməlidirlər. Onlarla məntiqli, müqayisəli və səviyyələrinə görə mümkün qədər çox və düzgün sözlərdən qurulmuş cümlələrlə danışmalıdırlar. Belə olduqda uşağın söz ehtiyatı artacaq və buna paralel olaraq da zehni inkişafı mümkün ola bilən son həddə çata biləcəkdir.
Bir adamın söz ehtiyatı nə qədərdirsə, məntiqi, mühakiməsi və müqayisəsi də bir o qədərdir. Çünki biz insanlar sözlərlə düşünür, fikrimizi sözlərlə çatdırır, eşitdiklərimizi də belə başa düşürük. Ananın uşaqla münasibəti və əlaqəsi zamanı onun davranış və rəftarında əxlaqlılıq və etibarlılıq olduqca mühüm əhəmiyyət kəsb edir. Əxlaqlılıq deyəndə sözlə əməlin üst-üstə düşməsi, yalan və mübaliğənin olmaması və s. kimi əxlaqi dəyərlər nəzərdə tutulur… Unutmaq olmaz ki, mübaliğə də yalandır. Yalan isə insan ruhunu zəhrləyən ilandır.
Ana rədd etdiyi bir istəyi uşaq ağlamasın deyə edərsə, ona ilk güzəşt verilmiş olur. Bunu hiss edən uşaq hər istədiyini ağlayaraq əldə etməyə alışacaq və əldə edə bilmədiyi zaman evdə narahatlıqlar baş qaldıracaqdır. Bu uşaqda xasiyyətə çevrilmə nöqtəsinə qədər arta bilər. Buna görə də uşağın yalnız mümkün hesab edilən istəkləri yerinə yetirilməli, hər istəyi də dərhal rədd edilməməlidir. Uşaqları kiçik görüb onları uşaq hesab etmək, O hələ belə şeyləri başa düşməz məntiqi ilə hərəkət etmək uşağın zəkası, şəxsiyyəti və özünə inam hissinin inkişafı üçün ən böyük xətadır, əziz analar…
Biz övladlarımızı əsil insan görmək istəyiriksə, özümüzə fikir verək, axı ot kökü üstə bitər!