Kralın baş mühafizəçisinin dəfnində diqqətçəkən detal – Foto

445

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin ötən gün qətlə yetirilən şəxsi mühafizəçisinin dəfn mərasiminə kral Salmanın qatılmaması diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Ciddə şəhərində dostu Mahmud Ben Maşaal tərəfindən güllələnən briqada generalı Əbdüləziz bin Bəddah əl-Fağım üçün cənazə namazı Kəbədə qalınıb.

2002-ci ildən bəri kralı mühafizə edən və ona ən yaxın şəxs kimi tanınan briqada generalının dəfn mərasimində ailəsi və yaxın ətrafı iştirak edib.

Xatırladaq ki, kralın cangüdəni dostu Turki Ben Abdel-Əzizin evinə qonaq gedib. Bu zaman general Əbdüləziz bin Bəddah əl-Fağımın digər dostu Mahmud Ben Maşaalla mübahisə edib. Mübahisə qətllə nəticələnib.

Mühafizəçi aldığı güllə yaralarından dünyasını dəyişib. Maşaal atışma zamanı polislər tərəfindən öldürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər