Sumqayıtda oğurluqla məşğul olan 3 nəfər saxlanılıb.
SUMQAYITXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt sakini Mədəni Məmmədova məxsus avtodayanacaqdan 15 sement, habelə hasarının 500-600 mişar daşı və dəmir barmaqlıqları sökülərək oğurlanıb.
Oğurluğun Sumqayıt sakini 79 yaşlı Yusif Vəliyev və onun 2 oğlu tərəfindən törətməsi müəyyən edilib.
Aprelin 19-da Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt sakini 25 yaşlı Esmin Həsənov münaqişə zəminində 26 yaşlı Tural Yusifova bıçaqla xəsarət yetirib.
E.Həsənov tutulub.
Faktlarla əlaqədar araşdırmalar davam etdirilir.
Aprelin 20-də Sumqayıt şəhər sakini Safura Feyzullayeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.