Külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

1687

Sabahdan başlayaraq, Azərbaycan ərazisində şimal-qərb küləyi güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeron yarımadasında sentyabrın 8-9-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Sentyabrın 9-da gün ərzində şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi sentyabrın 8-9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər