Külək məktəbin damını uçurdu: böyük faciə yaşana bilərdi – Foto

1248

Bakının Sabunçu rayonunda yerləşən 188 saylı orta məktəbin dam örtüyünü külək dağıdıb.

Dağıntı ötən gün təxminən 16:30 radələrində qeydə alınıb.

Məktəbin direktoru Sabir Mahmudov Afn.az-a açıqlamasında faktı diqləyib. O bildirib ki, hadisə baş verən vaxt məktəbdə özü və təsərrüfat müdiri olub:

“Şükür ki, heç kimə xəsarət dəyməyib. Hörmətli Təhsil nazirimiz Ceyhun Bayramov vaxtında dərslərin təxirə salınması haqda əmr imzaladı. Əgər həmin vaxt dərs olsaydı böyük faciə yaşana bilərdi. Uşaqların dərsdən çıxan vaxtı idi. Hadisə də elə yerdə baş verib ki, dərsdən çıxan şagirdlər həmin yerdə toplaşırlar. Bu baxımdan, sevindirici haldır ki, dərs olmadı”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər