Kürdəmir polisi sumqayıtlı polkovnikə tapşırıldı

1258

Kürdəmir rayon Polis Şöbəsinin rəisi və müavini işdən çıxarılıb. APA-nın məlumatına görə Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi vəzifəsində çalışan polkovnik Rasim Əliyev və müavini polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad edilib. Hazırda şöbə rəisinin vəzifəsini müvəqqəti olaraq xidmət işləri üzrə müavin polkovnik Həsən Əsədov icra edir.

Həmçinin, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zahid Əhmədov tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə Nizami Feyzullayev təyin edilib.
Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinə bir müddət əvvəl təyin olunan Sahib Mirzəyev idarədə ciddi kadr islahatları aparmış və xidmət üzrə rəis müavini Həsən Əsədovu da işdən çıxartmışdı.

Polkovnik Həsən Əsədov bir neçə ay öncə Kürdəmir rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu.

sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər