KXCP-nin Sumqayıtdakı qərargahına hücum olunub

1023

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının Sumqayıt şəhər şöbəsinin qərargahına naməlum şəxslərin hücumu olub.

Bu barədə Teleqraf.az-a KXCP Sumqayıt şəhər şöbəsinin Şakir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hücum zamanı qərargahda heç kəs olmayıb. Naməlum şəxslər qərargaha girişdə asılmış müvaviq lövhələri sındırıb, partiyanın embləmlərini cırıblar. Maraqlıdır ki, həmin şəxslər divarlara “Yaşasın Lenin” yazıblar. “Görünür hakimiyyət müxalifət partiyalarına qarşı yeni kampaniyaya başlayıb. Bu dəfə yerlərdəki şöbələri hədəf götürüblər” – deyə, Ş.Məmmədov qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər