Martın 31-də Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən 7 yaşlı Aslanov Ülvi Faiq oğlu bu gün xəstəxanada ölüb.
Qeyd edək ki, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır. Onların hamısı Lənkəranın Ləj kəndinin sakinləridirlər.
Xatırladaq ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Ölənlərin hamısı “Mitsubishi”də olanlardır. Ölən və yaralananaların tam siyahısı belədir:
Ölənlər:
1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu
1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu
1976-cı il Aslanov Faiq Tofiq oğlu
Xanımgül Aslanova
Mərziyyə Aslanova
Vəsmə Aslanova
Aslanov Ülvi Faiq oğlu (7 yaş)
Yaralı:
“Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu. (report)