Leyla Əliyeva Dünya Azərbaycanlıları Gənclər Birliyi Mərkəzi Şurasının iclasına uğurlar arzulayıb

1658

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyeva Dünya Azərbaycanlıları Gənclər Birliyi (DAGB) Mərkəzi Şurasının iclasına uğurlar arzulayıb.

Gün.Az xəbər verir ki, AMOR İdarə heyətinin üzvüEmin Hacıyev tədbirdə çıxış edərək Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı təbriklərini çatdırıb və toplantının işinə uğurlar arzulayıb.

Daha sonra E.Hacıyev tədbirin əhəmiyyətindən danışaraq, təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi, müxtəlif sahələr üzrə fəaliyyətin istiqamətlərinin koordinasiyası və digər məsələlər ətrafında fikirlərini bildirib.

O, qeyd edib ki, azərbaycanlı gənclərin nümayiş etdirdiyi fəallıq nəticəsində son illərdə əldə olunmuş nailiyyətlər gənclərin böyük potensiala malik olduğunu təsdiqləyir.

E.Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan azərbaycanlı gənclərlə əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Ahmed Gencehan Babiş, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, Özbəkistan Azərbaycanlılarının Respublika Milli Mədəniyyət Mərkəzinin Gənclər Şurasının sədri Ayna Zeyniyeva, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev, Rusiya Federasiyası Dövlət Dumasının əməkdaşı Ramin Qasımov, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, Azərbaycan Gənclər Federasiyası İdarə Heyətinin üzvü Ayda Amir Haşimi, Ukrayna Azərbaycanlı Gəncləri Birliyinin sədri Anar Tahirov, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev, “Demokratik Azərbaycan Naminə” Gənclər İctimai Birliyinin sədri Elməddin Behbud tədbirin birinci hissəsində məruzə ilə çıxış edərək gündəlikdə duran məsələlərlə bağlı təkliflərini bildiriblər.

Çıxış edənlər təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycan tarixinin və dilinin xarici ölkələrdə tədris olunması, xarici ölkələrin gənclər təşkilatlarının azərbaycanlı gənclərlə hərtərəfli əlaqələrin qurulması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi və digər məsələlərlə bağlı təklifləri irəli sürüblər.

Tədbirin sonunda DAGB Mərkəzi Şurasının üzvləri tərəfindən irəli sürülən təkliflər də nəzərə alınmaqla yekun qərar qəbul edilib. Qərarda əsasən, DAGB-nin növbəti qurultayının 2013-cü il ərzində Azərbaycanda keçirilməsi, azərbaycanlı gənclərin vahid internet şəbəkəsinin yaradılması üçün müvafiq tədbirlərin görülməsi, 2013-cü ildən başlayaraq Azərbaycanın turizm bölgələrində xaricdə yaşayan azərbaycanlı gənclər üçün “Yay düşərgəsi” layihəsinin həyata keçirilməsi bu və ya digər təkliflər öz əksini tapıb.

Daha sonra isə Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının bəyanatı yekdilliklə qəbul edilib.

“Bu gün dünyanın hansı hissəsində yaşamasından, sosial statusu və imkanlarından asılı olmayaraq hər bir azərbaycanlı gənc Prezident İlham Əliyev tərəfindən yürüdülən daxili və xarici siyasəti dəstəkləyir. Biz bu siyasətin Azərbaycanın inkişafına, tərəqqisinə xidmət etdiyinə səmimi şəkildə inanır və əmin olduğumuzu bildiririk ki, aparılmış uğurlu və məqsədyönlü siyasət xalqımızın rifahının yüksəldilməsinə, ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə nüfuzunun artmasına öz töhfəsini verəcək” – deyə, bəyanatda qeyd olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər