Leysan şəhəri İFLİC ETDİ – ŞOK GÖRÜNTÜLƏR – FOTO/VİDEO

1550

Leysan yağışlar nəticəsində baş verən daşqınlar Rusiyanın Krasnodar vilayətində altı insanın həyatına son qoyub, ən azı 60 nəfər yaralanıb.

Rusiya KİV-i  xəbər verir ki, bu haqda fövqəladə xidmətlərdən bildirilib.

Bir insanın taleyi naməlum qalır. Regional hakimiyyət Abşeron və Tuapinski rayonlarında, həmçinin Soçi şəhərində fövqəladə vəziyyət rejimi tətbiq edib. Kubanda təbii hadisə nəticəsində 2 mindən çox ev dağılıb, avtomobil və dəmir yol əlaqəsi kəsilib.

Həmçinin, daşqınlar “Tixoretsk- Tuapse-1” meft kəmərinə zərər vurub.

Öz növbəsində regionun səhiyyə xidmətindən qeyd ediblər ki, 13 nəfər xəstəxanaya yerləşdirilib.

“Hazırda tibbi yardıma görə müraciət edənlərin ümumi sayı 50-dir. Onlardan 11-i uşaq, ikisi isə hamilə qadındır. 13 nəfər xəstəxanaya yerləşdirilib”, – xəbərdə deyilir.

Məlumata görə, ümumilikdə, hazırda vilayətin 12 yaşayış məntəqəsində 1034 yaşayış evi elektrik enerjisi, 20 yaşayış məntəqəsində isə 19 168 ev susuz qalıb.

Fəlakətin zonasında 1460-dan çox insan və texnikanın 330 vahidi işləyir.

Soçi və Tuapinski rayonunun bütün ərazisində tufan xəbərdarlığı qüvvədə qalmaqda davam edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər