Fevral ayının 19-da Sumqayıt şəhərində Gələcək İctimai Birliyi və İnsan Hüquqlarının tədrisi üzrə Resurs və Təlim mərkəzi “Liberalizm və İnsan Hüquqları” mövzusunda interaktiv mühazirə təşkil etmişdir. Mühazirənin əsas məqsədi “Liberalizm nədir?” sualının cavabını bilmiyən iştirakçılara təşkil olunmuş mühazirədə cavab tapmaq idi. Mühazirədə iştirak edən gənclər bu mövzu ətrafında fikir mübadiləsi apardılar. Mühazirə zamanı iştirakçılar liberalizm nədir və onun yaranma tarixi barədə məlumatlar əldə etdilər, təbbi və normativ hüquqlar anlayışları barədə onlara məlumatlar verildi. Daha sonra liberalizm və bazar iqtisadiyyatı arasında olan münasibətlər barədə izahatlar verildi. Öz nəvbəsində iştirakçılar da öz münasibətlərini bildirdilər. Mühazirə bitdikdən sonra iştirakçılar onlar üçün qaranlıq qalan məqamları sualla bildirdilər.
İnsan hüqlarının tədrisi istiqamətində silsilə tədbirlərdən biri olan mühazirədə maraqlı fikir mübadiləsi aparıldı. Mühazirənin iştirakçıları gələcəkdə bu mövzuya daha dərindən yanaşmağı təklif etdilər .