Lints şəhərinin meri Sumqayıtda fəaliyyət göstərən sənaye müəssisələrində olub

575

Avstriyanın Lints şəhərinin meri Klaus Luqer Sumqayıtda fəaliyyət göstərən sənaye müəssisələri ilə yaxından tanış olub.

Avstriyanın Lints şəhərinin meri Klaus Luqer Sumqayıtda səfəri çətçivəsində Qafqazın ən böyük sənaye komplekslərindən biri olan Sumqayıt Texnologiyalar Parkına baş çəkib. Avstriyalı meri burada Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Birinci müavini Teymur Səmədov və Sumqayıt Texnologiyalar Parkının əməkdaşları qarşılayıb. Klaus Luqer STP-də fəaliyyət göstərən zavodların fəaliyyəti və müxtəlif növ sənaye məhsullarının istehsal prosesi ilə yaxından tanış olub.

Məlumat verilib ki, STP  Sumqayıt Kimya Sənaye Parkının rezident üzvüdür və regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. STP-nin istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır.

STP tarixində ilk dəfə olaraq mexaniki emal detalları və metalkonstruksiya çeşidlərindən olan məhsullarını Avropa sənayesinin lokomotivi sayılan Almaniyanın Venden və Köln şəhərlərinə ixracını həyata keçirdi. STP-nin əsas hədəflərindən biri keyfiyyətli və çox çeşidli məhsulları və xidmətləri ilə Azərbaycanı Yaxın Şərq və Avropa ölkələrində uğurla təmsil etməkdir. STP Azərbaycan Respublikasının iqtisadiyyatının stabil inkişafına öz töhfəsini verən ən iri vergi ödəyicilərindən biridir. Hal-hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP-də 30-dan çox istehsalat sahəsi var və 2000 nəfərə yaxın işçi çalışır.

Mer Klaus Luqer Sumqayıt Texnologiyalar Parkında yaradılan şərait və müasir standartlara cavab verən modern avadanlıqlarla təchiz olunan istehsal müəssisələrinin fəaliyyəti ilə yaxından maraqlanıb. O, STP-nin innovativ yanaşmalarını və məhsul istehsalında yüksək keyfiyyət standartlarını yüksək qiymətləndirib. Mer Klaus Luqer STP-nin əldə etdiyi nailiyyətlərin və beynəlxalq bazarlarda qazandığı uğurların Azərbaycan sənayesinin potensialını nümayiş etdirdiyini bildirib.

Səfərin sonunda Mer Klaus Luqer Sumqayıt Texnologiyalar Parkının rəhbərliyi və işçiləri ilə səmimi söhbət edib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Qeyd olunub ki, bu səfər Avstriya və Azərbaycan arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni işgüzar əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər