Lionel Messi: “Neftçi” ilə oyuna 100 min azarkeş gələ bilər

1035

Rusiyanın “Sport-Ekspress” qəzeti son vaxtlar mətbuatın gündəmində olan MDB çempionatı ilə bağlı dünyanın ən yaxşı futbolçusu Lionel Messidən qeyri-adi müsahibə dərc edib. Apasport.az saytının məlumatına görə, 2019-cu ildə “Mordoviya” klubunun futbolçusu olacağı göstərilən “Barselona”nın argentinalı hücumçusu vizual müsahibəsində Azərbaycan komandasından danışıb.

Belə ki, Messi bu çempionatda iştirakla bağlı adı hallandırılan “Neftçi”dən söz açaraq, “ağ-qaralar”la matçın maraqlı olacağını bildirib. Onun sözlərinə görə, “Mordoviya”nın heyətində bakılılara qarşı oyunu böyük azarkeş toplusu yığacaq: “Nə danışırsınız, məni daimi uçuşlar qətiyyən yormur. Mənim üçün vacib odur ki, matçlar müasir, ən əsası, dolu stadionlarda keçirilsin. Bu, Rusiya, Ukrayna və ya keçmiş SSRİ-nin digər respublikalarında ola bilər. Mən artıq unutmuşam ki, oyunda 30 mindən az azarkeş olsun. “Anji” – “Şaxtyor”, yaxud “Neftçi” – “Mordoviya” kimi matçlar 100 min də yığa bilər!”

Lionel “Neftçi”ni mükafatlar uğrunda mübarizədə əsas rəqiblərdən görüb: “Rəqabət çox yüksəkdir. İlk yerlə 8-ci pilləni cəmi 4 xal ayırır. Çempionlar Liqasına gedən yer isə yalnız 6-dır! Buna namizədlər “Morvoviya”, “Anji”, “Zenit”, “Şerif”, “Şaxtyor”, Kiyev “Dinamo”su, “Neftçi”, MOİK-dir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər