Lotu Quli Bakıdadır, amma qoruma altında deyil

1080

Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.

Bu barədə məlumatı “Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Belə ki, onun Azərbaycan ərazisinə ekstradisiyası üçün ölkə ərazisində hansısa yeni cinayət törətmədiyi qeyd edilib.

Ədliyyə Nazirliyi, həmçinin Qulinin Azərbaycanda olma ehtimalının olduğunu, amma onun burada ev dustaqlığına məhkum edilmədiyini və ya ona qarşı yeni ittihamlar irəli sürülmədiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl bəzi  yerli və xarici KİV-lər Qulinin Bakıya gətirilərək, ev dustağı edildiyi haqda məlumat yayıblar.

Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya edilməyib. Dövlət strukturunda bildiriblər ki, belə informasiyaya malik deyillər.

Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər