Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə səfərdə olan rusiyalı həmkarı Vladimir Putini doğulub-böyüdüyü Moqilyov əyalətinin Aleksandria kəndində gəzdirib.
“Qafqazinfo” “BelTA”ya istinadən xəbər verir ki, Lukaşenko Putini böyüdüyü evlə tanış etdikdən sonra onu sobada bişirilmiş təamlara qonaq edib, daha sonra prezidentlər şəfalı hesab edilən sudan içiblər.
O, rus lideri 1960-cı illərin istehsalı olan “QAZ-69”la şəhər gəzintisinə çıxarıb.