MƏHƏLLƏLƏR ARASINDA I MİNİ-FUTBOL YARIŞINA START VERİLDİ

873

Açılış mərasimində qeyd olundu ki, böyüməkdə olan nəslin fiziki və mənəvi inkişifında idmanın rolu danılmazdır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şübhəsiz ki, böyük idmana gedən yol kütləvi bədən tərbiyəsi, məhəllələrdə idman hərəkatı və yarışlardan başlanır. Bu yarışlarda iştirak etməklə onlar ən azından zərərli vərdişlərdən uzaqlaşacaqlar.

28 May – Respublika gününə həsr olunmuş Sumqayit şəhər Gənclər və Idman Baş Idarəsinin Kuboku uğrunda məhəllələr arasında I mini-futbol yarışı da bu silsilədən olan yarışlardan saymaq olar.

Yarışların açılış mərasimi 24 may 2011-ci il tarixində Sumqayıtda Heydər Əliyev abidəsinin qarşısında baş tutdu. Burada 68 məhəllə və mikrarayonlardan 123 komandada 1200-dən artıq uşaq iştirak edirdi. Açılış mərasimində şəhər İscra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov başda olmaqla şəhərin hüquq mühafizə orqanlarının və bir çox müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

Dövlət himnimiz səsləndikdən sonra yarışların simvolu səmaya buraxıldı. Daha sonra komandalar təyin olumuş marşurut üzrə şəhərin bir çox məhəllə və mikrarayonlarından keçerək, şəhər ətrafında fəxri dövrə vuraraq, yenidən H.Əliyev abidəsinin qarşısında toplaşmaqla açılış mərasiminə yekun vurdular.

Mail Hümbətov

Sumqayıt şəhər Gənclər və İdman Baş

İdarəsinin baş məsləhətçisi


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər