Sumqayıt Şəhər Məhkəməsi fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının saxladığı AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məlumatı “Media forum” saytına vəkil Anar Qasımov verib.
Vəkil qeyd edib ki, fevralın 7-də işə hakim Elman Məmmədovun sədrliyi ilə baxılıb: “Cabbar Savalanlı barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb. Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi Cabbar Savalanlı haqda həbs qətimkan tədbirinin seçilməsi üçün şəhər prokuroruna vəsatət verib. Şəhər prokuroru isə məhkəməyə təqdimat göndərib. Məhkəmə prokurorun təqdimatını təmin etdi”.
Vəkil bildirib ki, fevralın 8-də qərardan apellyasiya şikayəti verəcəklər. Onun sözlərinə görə, hazırda Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan Cabbar Savalanlı bu həftə Bakı İstintaq Təcridxanasına köçürüləcək.
“Media forum”
vəkil Anar Qasımov
cabbarin hepse salinmasi tiryeke gore deyil men onu cox gozel taniyiram o tiryekden istifade etmirdi sadece dovlet eleyhine siyasi fikirlerini internete yazdigina gore onu heps edirler.