Son günlər “AzəriLight” və “Brent” markalı neftin qiymətinin qalxması yerli bazara, həmçinin də valyuta bazarına da müsbət təsir edib. Bu isə manatın daha da bahalaşcağını proqnozlaşdırmağa imkan verir.
İqtisadçı-ekspert Qulu İbrahimli də manatın bahalaşacağını proqnozlaşdırıb:
“Bu gedişlə manatın bahalaşacağına və USD/AZN məzənnəsinin 1,70-dən bir qədər aşağı düşəcəyinə şübhə qalmır. Neftin qiyməti kifayət qədər yüksəkdir (72 USD). Artıq rus rublu da bu gündən sürətlə bahalaşır”.