Bakının Nərimanov rayonunda narkotik alveri ilə məşğul olan şəxs tutulub. Bu barədə Publika.Az-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini İlham Şərifovdan 270 qram marixuana aşkar edilərək götürülüb.