“Alyans Tekstil” MMC Marketinq üzrə menecer vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
– Şirkətin marketinq strategiyasının hazırlanması;
– Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrin işlənilməsi və həyata keçirilməsi;
– Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
– Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizi;
– Mövcud və gələcək məhsullara olan bazar tələblərinin müəyyənləşdirilməsi;
– Reklam materiallarının və kataloqların hazırlanması;
– Şirkətin sayt və sosial media hesablarının idarə edilməsi;
– Xüsusi tədbirlər və sərgilər daxil olmaqla marketinq və PR fəaliyyətlərində iştirakın təmin edilməsi.
Namizədə tələblər
– Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə olması arzuolunandır);
– Marketinq sahəsi üzrə 3 ildən çox iş təcrübəsi;
– Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı səviyyədə;
– MS Office proqramlarını bilməli;
– Marketinq kommunikasiya kanalları ilə işləmək bacarığı;
– Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
– Biznes danışıqları aparmaq və təqdimat bacarığı
İş şərtləri:
İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.
Uyğun namizədlərin öz CV-lərini 20 aprel 2019-cu il tarixinədək mövzu hissəsinə “Marketinq üzrə menecer” yazmaqla hr@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur.