“Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdəndir”-Müşfiq Məmmədli

502

“Azərbaycan xalqı tarixən yurdsevərliyi, mübarizliyi, sülh niyyətli olması ilə daim fərqlənmişdir. Tarixə nəzər salsaq Azərbaycan xalqının hər zaman mənfur düşmənlərin xain, çirkin əməlləri ilə üzə-üzə qalmasını görərik. Millətimizə qarşı törədilən bu cinayətlərdə xalqımızın neçə-neçə mərd övladları şəhid olmuş, sağlamlığından keçərək qazi ömrü yaşamışlar”.

Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Millət vəkili qeyd edib ki, Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş azərbaycanlıların soyqırımı hadisəsidir: “Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirilərək, diri-diri yandırılıblar. Erməni vandalları milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər