“Xanımlar və cənablar – 2” devizi ilə yayımlanan “Maşın” realiti şousunda növbət səsvermə günü baş tutub.
Unikal.org xəbər verir ki, 5 nəfər iştirakçının mübarizə apardığı oyunda bu dəfə Uran oyunda qalmaq uğrunda mübarizə aparıb.
Hədəfini açıqlayan Uran səs toplayacağı təqdirdə aktrisa Pərvin Abıyevanı verilişdən uzaqlaşdıracağını vurğulayıb.
Səsvermənin sonunda 56,51 faiz səs toplayan Uran gözlənilmədən hədəfini dəyişib. Belə ki, Uran aparıcı Aytən Səfərovanı evə yola salıb. Pərvin Abıyeva isə özü əlini götürərək şounu tərk edib.
Beləliklə, “Maşın”da finalçılar bəlli olub:Roza Zərgərli, Uran və Hüseyn Əzizoğlu.