Azərbaycanda may ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, may ayında havanın orta aylıq temperaturu kiçik müsbət və mənfi fərqlə iqlim normasına yaxın olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 9-14, ayın ikinci yarısında 15-18 dərəcə isti təşkil edəcək. Gündüzlər havanın temperaturu 19-24 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 27-32 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-21 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 16-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 9-14, ayın ikinci yarısında 15-18 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 20-25 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-62 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 11-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 6-11, ayın sonunda 13 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər temperatur 15-20 dərəcə isti olacaq, ayın ikinci yarısının bəzi günlərində 23-26 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 68-122 mm) olacaq.
Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14, gündüzlər 19-24 dərəcə isti olacaq, ayın ikinci yarısının bəzi günlərində temperatur 27-31 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 31-54 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 13-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Gecələr havanın temperaturu 8-13, ayın sonunda 14-16 dərəcə isti təşkil edəcək. Gündüzlər 18-23, ayın ikinci yarısının bəzi günlərində 27-30 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox (norma 26-166 mm) olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 17-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 10-15, ayın ikinci yarısında 16-19 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər 22-27 dərəcə isti olacağı, ayın ikinci yarısının bəzi günlərində 30-34 dərəcəyədək yüksələcəyi gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (26-62 mm) olacaq.
Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 14-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 9-14, bəzi günlərdə 15-18 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur 19-24, ayın ikinci yarısının bəzi günlərində 27-30 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 41-72 mm) olacaq.