“Məcburi əməyə cəlb olunma –qabaqlayıcı tədbirlər” adlı tədbir keçirilib

971

Azərbaycan Respublikasnın Prezidenti  yanında Qeyri-Hökumət   Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İçtimai Birliyin icra etdiyi    “Məcburi əməyin qarşısının alınması  sahəsində qabaqlayıcı tədbirlər”  layihəsi   çərçivəsində 02.08.2019    tarixində Təşkilatın Sumqayıt şəhərində yerləşən ofisində  “Məcburi əməyə cəlb olunma –qabaqlayıcı tədbirlər” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Təşkilatın rəhbəri Zenfira Mustafayeva açaraq iştirakçıları salamlamış daha sonra icra olunan layihə barədə məlumat verib.

Zenfira xanım tədbirdə ekspert qismində çıxış edən hüquqşunas Ruslan Mustafazadəni və ekspert qismində çıxış edən Gülgəz Abbasquliyevanı iştirakçılara təqdim etmişdir.

Ekspertlərdən ilk öncə Ruslan Mustafazadə çıxış edərək əməyin istismarı və məcburi əməyin fərqi, işə götürən ilə əmək müqaviləsinin vacibliyi haqqında geniş məlumat vermişdir.

Hüquqşunas tədbir zamanı insanların insan alverinin və məcburi əməyin qurbanı olmamaq üçün xaricdə təhsil, iş və ailə qurmaq təklifləri  gəldikdə nələrə diqqət etməli, hansı oraqnalara müraciət etməli olduqları, bu sahədə fəaliyyət göstərən qaynar xətt haqqda məlumat vermişdir.

Ruslan Mustafazadə məcburi əməklə bağlı son illər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliklər, məhkəmələrə olunan müraciətlər və onların nəticələri ilə bağlı iştirakçılara məlumat vermişdir. Məcburi əməklə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırmışıdır.

Tədbirdə çıxış edən ekspert Gülgəz xanım məcburi əməyin növləri və onun insan alverinə aparan yolları, qurbanların əsasən hansı yaş kateqoriyasına aid olması haqqında danışmışdır.

Ekspert uşaq əməyinin istismarı, məcburi əməyin dünya üzrə statistikası barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Tədbir zamanı məcburi əmək, insan alveri ilə bağlı qısametrajlı filmlər nümayiş olunmuşdur.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər