Əfqanıstanda qadın və uşaqların həbsxana dəhşətləri kamera vasitəsilə lentə alınıb.
Nuriya ərindən boşanmaq istədiyi üçün həbsxanadadır və çıxmasına 8 ay qalıb. Həbsxanada onun oğlu olub. O? həbsxanada anaları ilə birlikdə qalan 62 uşaqdan biridir. Qadınlar adətən ərlərindən boşanmaq istədikləri və ya istəmədikləri evliliyə qarşı olduqları üçün həbsə düşürlər. Bəzi qadınlar ərlərini tərk etdikləri üçün yeddi ildir ki, həbsdədirlər. Adətən bir hücrədə altı qadın qalır. Onlar vaxtlarını paltar tikməklə, toxumaqla keçirirlər.
Baxmayaraq ki, Talibanın gedişindən sonra bəzi qanunlara dəyişiklik edilib, aktivistlər deyirlər ki, Əfqanıstanda qadınlar üçün çox az şey dəyişib.
Maryamın əri onu döydüyü üçün o paytaxt Kabilə gedərək ərinin qohumundan kömək istəyir. Ərinin qohumu isə məşğul olduğunu deyərək onu başqa dostunun yanına göndərir. Həmin adam isə Maryamı zorlayır. Maryam tüfənglə əvvəl ona atəş açır, sonra özünə. Lakin üç gün sonra gözünü xəstəxanada açır, öyrənir ki ölməyib. Polis onu həbs edərək Badam Baq həbsxanasına göndərib.
Adia isə narkotik aludəçisi ərini tərk etdiyi üçün həbsxanada yerləşdirilib. O, yeddi aylıq hamilədir. Baxmayaraq ki, valideynlərinin yanına qayıtmaq istəyib, amma ondan imtina ediblər. İndi 20 yaşlı Aida nə qədər həbsxanada qalacağını belə bilmir.
Yeni hökümət qadın hüquqları üçün çalışdığını desə də, aktivistlər deyirlər ki, hər şey üzdədir. Qadın aktivist Zubeydə deyir ki, əfqan qadınları üçün çox az şey dəyişib. “Elə görünür ki, nəsə dəyişib, lakin dərinə gedəndə görürsən ki, heç nə dəyişməyib”.
Gülər