Məhəbbət üçbucağı, yoxsa şantaj?-MURADOV ÜRƏYİYUMŞAQ QADINI NECƏ TORA SALDI...

1626

Mənzilindəki seyfdən 58 min dollar oğurlanan ailə başçısı, nəhayət ki, rahat nəfəs ala bilər. Çünki ortada məhəbbət üçbucağı yaşanmadığı məlum olub.

Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, Bakıda səs-küyə səbəb olan mənzil oğurluğu ilə bağlı gözlənilməz detallar üzə çıxıb.  Bu barədə Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər.

İlkin məlumatlara görə, gənc qadını aldadan kişi onu öz evindən oğurluq etməyə sövq edib. 39 yaşlı zərərçəkmiş ötən il noyabrın 16-da və bu il yanvarın 27-də mənzildə ona məxsus olan seyfdən pulların naməlum şəraitdə yoxa çıxdığını bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, pulları özgəsi deyil, ailə başçısının öz həyat yoldaşı oğurlayıb. Belə ki, seyfdən götürülən pulların hamısının qadının tanışına verdiyi aşkarlanıb. Bununla əlaqədar olaraq qadın və tanışı məsuliyyətə cəlb olunublar.

İlkin ehtimallara görə, qadın evin bütün pullarını öz sevgilisinə verib. Lakin sonradan məlum olub ki, saxlanılan qadınla Ramil Muradovun arasında heç bir sevgi macərası yaşanmayıb. Köhnə əşyalarını satmaq məqsədilə Lalafo.az saytında yerləşdirən qadının telefon nömrəsini Muradov elə adıçəkilən saytdan tapıb. Onunla əlaqə saxlayaraq köməyə ehtiyacı olduğunu deyib. O, qadına Hepatit C xəstəliyindən əziyyət çəkdiyini, müalicəsi üçün pula ehiyacı olduğunu bildirib. Bu yolla qadınla tanışlıq əlaqəsi quraraq ona maddi vəziyyətinin ağırlığından, övladının xəstəliyindən danışıb. Növbəti dəfə isə onkoloji xəstə olan anasının təcili əməliyyat olunması üçün pul lazım olduğunu söyləyib.

Onun sözlərinə inanan qadının ürəyi dözməyib və R.Muradova köməklik göstərmək qərarına gəlib. Odur ki, öz qızıl-zinət əşyalarını yaşadığı binanın yaxınlığındakı aptekin satıcısı vasitəsilə R.Muradova göndərib. Çox keçməyib ki, Muradov ona verdiyi qızılları satdığını, amma bu vəsaitin yetmədiyini deyərək, yenidən pul istəyib. Qadın ona bütün qızıllarını verdiyini, başqa heç nəyi olmadığınıd dedikdə isə R.Muradov bu dəfə şantaja əl atıb.

O, zavallı qadını pul verməyəcəyi təqdirdə aralarında yaxın münasibət olması ilə bağlı ərinə məlumat verəcəyi ilə hədələyib. Yaşanacaq xoşagəlməz hadisədən və ailəsinin nüfuzunu qoruyub-saxlamağa çalışan qadın məcbur olaraq oğurluğa əl atıb. O, mənzildəki seyfdən götürdüyü 58 min dolların hamısını onu şantaj edən R.Muradova verib.

İstintaqla müəyyən edilib ki, R.Muradovun acınacaqlı vəziyyətə düşməsi və pula ehtiyacı olması ilə bağlı qadına dedikləri “WhatsApp” yazışmalarında da öz əksini tapıb.

Törətdiyi bu cinayət əməlinə görə, R.Muradova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Zərərçəkmişin həyat yoldaşı cinayət məsuliyyətinə cəlb olunmayacaq.

Virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər