Rusiyanın mail.ru mediaresursunun “Ledi” bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və onun dəb aləmində üstünlük verdiklərinə həsr olunmuş məqalə dərc edilib. Məqalənin müəllifləri Azərbaycanın birinci xanımını stil ikonası adlandırıblar.
Nəşr qeyd edir ki, Azərbaycan özünə əsas Avropa tendensiyalarını hopdursa da, Şərqin mədəni və dini ənənələrini qoruyub saxlaya bilib. Bu həm memarlıqda, həm müasir mədəniyyətdə, həm təhsildə, həm də dəbdə özünü göstərir.
Birinci xanım Mehriban Əliyeva isə həmin maraqlı uyğunlaşmanı əks etdirir. Bu onun həm ictimai-siyasi işində, həm də stilində təzahürünü tapır.
Mehriban Əliyevanın geyimində üstünlük verdiyi zövq məşhur modelyerləri ilhama gətirir. Məsələn, Vyaçeslav Zaytsev deyirdi ki, Bakıda olduğu vaxt Azərbaycan prezidentinin xanımının stili onda böyük təəssürat doğurub: “Ecazkar görünmək bacarığı, onun ünsiyyət tərzi – bütün bunlar gözəl uyğunlaşır və çox gözəl təəssürat doğurur. Sözün əsl mənasında ecazkar qadındır və mən səmimi şəkildə valeh oldum”.
Azərbaycanın Birinci vitse-prezidenti geyimdə eleqant mötədilliyə, sakit tonlara və səlis xətlərə üstünlük verir.
“Mötədillik və sona qədər deyilməmək, ola bilsin ki, müəyyən mənada mənim xasiyyətimi əks etdirir, – Mehriban Əliyeva şərh edir. – Halbuki, heç vaxt bu əlaqə barədə ciddi düşünməmişəm. Stil özünü xırdalıqlarda, təfərrüatlarda, nüanslarda, davranış tərzində və insandan ayrı təsəvvür edilməyən bir çox şeydə özünü göstərir. Mənə belə gəlir ki, bunu sırf rasional mövqelərdən izah etmək çətindir”.
Məqalənin müəllifləri qeyd edirlər ki, birinci xanımda bütün bu nüansları nəzərə almaq alınır, o hətta qərb dəb evlərinin kolleksiyalarında ənənəvi şərq motivlərindən istifadə edilmiş geyimləri tapa bilir ki, həmin geyimlər “Giorgio Armani”, “Karl Lagerfeld” və “Ralph Lauren” kimi müasir və tanınmış modelyerlərin yaratdıqlarıdır.
Öz ölkəsinin əsl vətənpərvəri kimi birinci xanım Azərbaycanın dizaynerlərini və modelyerlərini dəstəkləyir. Misal üçün, IV İslam Oyunlarının bağlanış mərasiminə Birinci vitse-prezident həmvətəni olan modelyer Rüfət İsmayılın hazırladığı kostyumda gəlmişdi.
Bununla bərabər, Mehriban Əliyeva bəzək əşyalarından çox istifadə etməkdən çəkinir və onun sevimli aksessuarı kimi eynəyi göstərmək olar. O, eynəklərini dəbdən, əhvalından və ya tədbirin mahiyyətindən asılı olaraq dəyişir.
O ki qaldı sevimli fasonlara, bunlar, şübhəsiz ki, futlyar-paltardır və bu hər zaman Mehriban Əliyevanın bəyəndiyi platforma üzərində ayaqqabılarla və qayıqşəkilli ayaqqabılarla çox uğurla uzlaşır.
Mehriban Əliyevanın iştirak etdiyi əksər görüşlər əsas etibarilə kişilərin iştirakı ilə keçirilir. Bunlar tanınmış siyasətçilər, iş adamları, ictimai xadimlərdir. Lakin birinci xanım parlaq görünməkdən çəkinmir. Bu onda çox üzvi şəkildə alınır və danışıqlar üzrə həmkarlarının mötədil kişi kostyumları birinci xanımın geyimlərini uğurlu şəkildə vurğulayır.
Xeyli alovların və sofitlərin olduğu iri səhnələrdən rəsmi çıxışlar üçün Mehriban Əliyeva qapalı uzun, ciddi görkəmli, lakin eyni zamanda yumşaq tonları olan paltarlar geyir.
Azərbaycanlı rəssam-modelyer Fəxriyyə Xələfova Mehriban Əliyeva haqqında bunları deyir: “Onun bir çox missiyaları və maraqlı istiqamətləri var ki, onları həyata keçirir. Lakin mən birini də əlavə edərdim – O, gözəllik səfiridir”.