Mehriban Əliyevanın təşəbbüsünə Sumqayıt Təhsil Şöbəsi də qoşuldu - FOTOLAR

1511

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Sumqayıt şəhər Təhsil Şöbəsi də qoşulub.

Sumqayıt şəhər Təhsil Şöbəsinin kollektivi, o cümlədən qurumun tabeliyində olan təhsil müəssisələrinin rəhbər şəxsləri və əməkdaşları Mərkəzi Qan Bankının Sumqayıt Regional bölməsinə gələrək qanvermə aksiyasında iştirak ediblər.

Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyənləşdirlib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədilə Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb.

Mehriban Əliyevanın təşəbbüsünə Sumqayıt Təhsil Şöbəsi də qoşuldu - FOTOLAR

Mehriban Əliyevanın təşəbbüsünə Sumqayıt Təhsil Şöbəsi də qoşuldu - FOTOLAR

Mehriban Əliyevanın təşəbbüsünə Sumqayıt Təhsil Şöbəsi də qoşuldu - FOTOLAR

Mehriban Əliyevanın təşəbbüsünə Sumqayıt Təhsil Şöbəsi də qoşuldu - FOTOLAR

Mehriban Əliyevanın təşəbbüsünə Sumqayıt Təhsil Şöbəsi də qoşuldu - FOTOLAR

Mehriban Əliyevanın təşəbbüsünə Sumqayıt Təhsil Şöbəsi də qoşuldu - FOTOLAR

Mehriban Əliyevanın təşəbbüsünə Sumqayıt Təhsil Şöbəsi də qoşuldu - FOTOLAR

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər