Məktəb şagirdlərinin söz dueli

919

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən “Bakı Məktəblilərarası Debat Forumu-2012” layihəsinə start verildi. Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Təbiətin  Dostları” İctimai Birliyinin tərəfindən təşkil olunan “Gənclərin Yaşıl Festivalı-2012” çərçivəsində  həyata keçirilir. Forumun məqsədi gənclərin “yaşıl düşüncə” mövzusunda maarifləndirilməsi və gənclər arasında  “yaşıl düşüncə”-nin təbliğidir.

Layihə çərçivəsində Bakı şəhərinin 16 orta təhsil müəsisəsində debat təlimlərinə start verilib. Təlimdə iştirakçılara debat metodologiyası, arqumentləşdirmə, tənqidi təfəkkür, kreativ düşüncə, komanda ruhu kimi bilik, bacarıq və dəyərlər aşılanır, həmçinin onlara “yaşıl düşüncə”, onun faydaları haqqında məlumat verilir. Bu biliklər onların gələcəkdə bir fərd kimi yetişməsinə, sağlam ruhlu vətəndaşlar kimi yetişərək gələcəkdə “yaşıl düşüncə”-nin təbliğində yaxından iştirak etmələrinə imkan yaradacaq. Təlimləri uğurla bitirən gənclər “Bakı Məktəblilərarası Debat Forumu 2012” layihəsinin yekun mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Qeyd edək ki, “Bakı Məktəblilərarası Debat Forumu-2012” layihəsi “Gənclərin Yaşıl Fesstivalı-2012” çərçivəsində keçirilir və oktyabr-noyabr aylarını əhatə edir. Forumda Bakı şəhərinin bütün rayonlarının təhsil müəsisələri təmsil olunur. Forum ümumilikdə Bakı şəhərinin 16 orta təhsil müəsisəsini təmsil edən 300 gənci əhatə edir. Layihə çərçivəsində iştirakçılar əvvəlcə “Yaşıl Düşüncə” mövzusunda debat təlimlərində iştirak edəcək, daha sonra  “Velosipedden istifadə, yanacaqla işləyən nəqliyyat vasitələrinin istifadəsindən daha səmərəlidir” mövzusunda, 1 oktyabr 2012-ci il tarixlərində dövlət rəsmilərinin iştirakı ilə həyata keçirilən Forumun yekun mərhələsində iştirak edəcəklər.

2 oktyabr 2012-ci il tarixində “Gənclərin Yaşıl  Festivalı-2012” layihəsinin yekun mərhələsi olaraq 3000 nəfərin iştirakı ilə “Yaşıl Festival” həyata keçiriləcək. Festival iştirak etmək istəyənlər və izləyicilər üçün açıq olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər