Məktəbdə yoluxma olarsa hansı qərar veriləcək?

900

Hansısa təhsil müəssisəsində yoluxma halları baş verəcək, bu istisna deyil.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, əgər yoluxma halı baş verərsə, hansısa şagird yoluxarsa, vəziyyətə uyğun qərar veriləcək:

“Məsələn, yoluxan şagird yoluxma zamanı məktəbdə olmayıbsa və ya şagirdlərlə ünsiyyətdə olmayıbsa və ya az sayda şagirdlə ünsiyyətdə olubsa, daha məhdud qapanma olacaq”.

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər