Məktəblər ilin sonuna kimi bağlandı – İRANDA

1336

İranda ilin sonuna kimi (21 marta qədər) məktəb və universitetlərdə tədris prosesi dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib.

Nazir vətəndaşlara tövsiyə edib ki, təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasından istifadə edərək, istirahət məkanlarına səfərlər etməsinlər.

S.Nəməki qeyd edib ki, İran vilayət rəsmiləri, polis və digər qurumların köməyi ilə vilayətlər arasında gediş-gəliş məhdudlaşdırılacaq.

Nazir əlavə edib ki, virusa yoluxma, yaxud şübhəli halı gizlədənlər məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, İranda 107 nəfər koronovirusdan ölüb. Son bir gün ərzində 591 nəfər virusa yoluxub. Ümumi yoluxanların sayı 3513 nəfərdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər