Təhsil müəssisələrində maska taxmaq məcburi deyil.
Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında deyilir.
Qərara əsasən, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.