“Mən ayaqqabı satırdım” – Emin Ağalarov

934

“Pul qazanmağın müxtəlif üsulları vardı, o cümlədən eBay. İlk olaraq, Şeremetov aeroportundan 100 dollara 10 saat aldım və onları üç yüzə satdım”

“Crocus Group”un prezidenti Araz Ağalarovun oğlu Emin Rusiya mətbuatına müsahibə verib. Ağalarov “Krokus Siti Moll”la bağlı sualları, ilk biznes fəaliyyəti, eyni zamanda musiqi karyerası haqqında danışıb:

“Mən bu biznesə dərhal gəlmədim, öz işlərim var idi. On səkkiz yaşım olanda Manxettendə kiçik bir yer icarəyə götürdüm və mağaza açdım. Belə ki, “Krokus”a qədər mən bilirdim ki, bütün bu işlər necə gedir, sifarişlər necə formalaşdırılır.

Mən ayaqqabı satırdım, paralel olaraq internet maqazin açdım. Orada sovet saatları “Raket”, “Palyot” və fotoaparatlar satırdım. Ümumiyyətlə, mən Amerikaya 15 yaşım olanda getmişəm. Nyu-Cersi ştatında adi məktəbdə oxumuşam. Daha sonra biznes menecment universitetində 4 il oxudum. Pul qazanmağın müxtəlif üsulları vardı, o cümlədən eBay. İlk olaraq, Şeremetov aeroportundan 100 dollara 10 saat aldım və onları üç yüzə satdım. Daha sonra biz eBaya həftəyə 1500 aksionlar çıxardıq. Bütün malları anbarda saxlayırdım və şəkillərini özüm çəkirdim. Aylıq dövriyyəmiz təxminən 30-40 min dollar idi. Bu səbəbdən artıq 18 yaşım olanda özümə maşın aldım. Əlbəttə, əgər valideynlərim mənim yaşayış və universitet üçün pulumu ödəməsəydilər maşını almazdım”.

Ağalarov jurnalistin “Yəni siz orada məktəbə Conversedə, Kurt Kobeynin maykalarında getmirdiniz? Yoxsa birbaşa Bergdorf Goodmandan italyan köynəkləri alırdınız?” sualına da maraqlı cavab verib:

“Xeyr, Bergdorf Goodmana anam gedirdi və hələ də ora gedir. “Krokus Siti Moll” daha çox Mayamidəki Bal Harbour kimidir. Biz ora nə vaxtsa gedib təəccüblənmişdik ki, belə ulduz brendləri necə bir damın altında toplamaq olar. Daha sonra özümüz də bunu etdik.

Jurnalist kiçik, lakin maraqlı bir fakta da diqqət çəkib. “Korkus Siti Moll”da uçuşan quşlar təsadüfdür, yoxsa müştəri cəlb etməyin fərqli üsulu. Ağalarov isə bunun sırf təsadüf olduğunu deyir: “Xeyr təmiz təsadüfdür. Biz “Krokus Siti Moll”un şüşələrini quraşdıranda bir neçə quş içəridə qaldı və indiyə qədər çoxalıblar. Biz də onları yemləyirik”.

Bəs quşlar hansısa kübar xanımın şubasını korlayıbmı sualına cavab olaraq Emin belə bir hadisə barədə eşitmədiyini deyir: “Lakin bu baş versəydi belə, düşünürəm ki, qorxulu heç nə yoxdur. Bu həyatdır”

Emin Ağalarov sonda musiqi karyerası barədə danışıb. Musiqiçi Ağalarov uzun iş saatında sonra musiqiyə necə vaxt ayırmasından bəhs edib: “Evə gələn kimi artıq tam gücümlə məşqlərə başlayıram. Budur, mən bu gün də işim bitən kimi evə gedəcəm, cinsimi, T-shirt və idman ayaqqabılarımı geyinəcəm, mikrafona yaxınlaşıb oxumağa başlayacam.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər