“10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 milyon ABŞ dolları məbləğində tələb tam şəkildə təmin edilmişdir”.
Marja.az xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda belə deyilir.
“Eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin olunmuşdur”,- deyə məlumatda vurğulanır.
Qeyd edək ki, uzun müddətdir Mərkəzi Bank valyuta hərracından sonra satılmış həcmi açıqlamırdı.
Onu da xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Bu gün bir hərracda 323,2 milyon ABŞ dolları məbləğində ABŞ valyutasının satılması bankların tələbinin artdığına işarədir.